“Ağ cəngavər”

White knight Rəqib (“Qara cəngavər”) tərəfindən ələ keçirilmək təhlükəsin dən qorunmaq üçün şirkət tərəfindən axtarılan potensial dost alıcı və ya müəyyən bir şirkətə kömək etmək niyyətində olan korporasiya, şəxsi kompaniya və ya fiziki şəxs. Göründüyü kimi, “Ağ Cəngavər”in iki növü ola bilər: (i) birinci növ “Ağ Cəngavər” rəqib şirkət tərəfindən alınma təhdidi altında olan hə dəflənmiş şirkəti daha əlverişli şərtlərlə almaq haqqında yeni təkliflə çıxış edən alıcıdır; (ii) ikinci növ “Ağ Cəngavər” rəqib şirkət tərəfindən alınma təhdidi olmayan güclü şirkəti əlverişli şərtlərlə almaq təklifi ilə çıxış edən alıcıdır.
Agent-transfer
Ajio
OBASTAN VİKİ
Ağ cəngavər
Cəngavər
Cəngavər (lat. miles, caballarius, fr. chevalier, ing. knight, it. cavaliere) — orta əsrlərdə zadəganlar arasında geniş yayılmış fəxri titul.
Cəngavər (Azərbaycan)
Cəngavər — orta əsrlər dövründə, yəni Ağqoyunlu və Səfəvi imperiyaları zamanı orduda ağır süvariləri bildirmək üçün istifadə edilən söz. Termin qədim pəhləvi dilindən gələn iki sözdən yaranmış — Cəng (döyüş) və Vər’е (gedən)-, mənası döyüşə getmək deməkdir. Bu termin sadəcə at üzərində döyüşə gedən süvarilər ilə ağır silahlarla silahlanmış və ya zirehlər geyinmiş döyüşçüləri tərif etmək üçün istifadə edilmişdir. Ağqoyunlu və Səfəvi imperiyaları zamanı ordu əsasən qeyri-nizami hissələrdən təşkil edilirdi və müharibə zamanı müxtəlif türk tayfalarından toplanırdı. Səfəvilər dövründə cəngavərlər həm də qızılbaş hesab edilməklə birlikdə, şahın davamçıları mənasını verən müridlər — iman üçün döyüşən — kimi qəbul edilirdilər. Bu cəngavərlərin ən çox məşhurlaşdığı döyüşlərdən birinci Çaldıran döyüşüdür. Döyüşdə Səfəvi imperiyasının məğlub olmasına baxmayaraq, cəngavərlərin Osmanlı ordusunun yeniçəri və sipahilərinə qarşı inadlı müqavimətləri onların məşhurlaşmasına səbəb olmuşdu. Döyüş zamanı onlar yeniçərilərə və sipahilərə aramsız hücumlar edərək, ağır zərbələr vurur və dərhal da geri çəkilirdilər, Osmanlı ordusu onların öhtəsindən yalnız artilleriya atəşinin gücü ilə gələ bildi. Bu isə, Səfəvi ordusunda yox idi. I Şah Abbas dövründə yenidən başlayan Səfəvi-Osmanlı müharibələrində də cəngavərlərdən istifadə edilmiş və bu dəfə uğurlu olunmuşdur.
Cəngavər ordeni
Cəngavər ordeni — Orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuşdur.
Qara Cəngavər
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Qırmızı cəngavər
Qırmızı cəngavər (ing. Red Knight) — 1958-ci ildən 1969-cu ilə qədər fəaliyyət göstərən Kanada Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandası Xidməti dövründə Qırmızı cəngavər dörd fərqli bazadan on yeddi fərqli pilot tərəfindən havalanıb. 1961-ci ildən başlayaraq ikinci Qırmızı cəngavər təyyarəsi komandaya qoşuldu və bəzən birlikdə və ya ayrı-ayrı yerlərdə müxtəlif yerlərdə uçuşlar həyata keçirirdilər. 21 avqust 1963-cü ildə Hərbi Hava Qüvvələri Gününə həsr olunmuş hava şousunda iki Qırmızı Cəngavərin iştirakı ilə qəza baş verdi. Bundan sonra komandaya uçuşlara davam etməyə icazə verilsə də cüt uçuşlar qadağan olundu. Fəaliyyəti dövründə piltoların ölümü ilə nəticələnən daha bir neçə qəza baş verdi. Büdcə çatışmazlığı və kadrların ixtisarı səbəbindən Qırmızı Cəngavər proqramı 1969-cu ildə ləğv edildi.
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Coker (Qara cəngavər)
Coker (ing. The Joker) — Kristofer Nolanın 2008-ci ildə çıxarılmış "Qara cəngavər" adlı superqəhrəman filmində Avstraliya aktyoru Hit Ledcer tərəfindən canlandırılmış DC Comics uydurma mənfi obrazıdır. Ledcerin personaj interpretasiyası Betmen: Öldürən zarafat və Arkham Asylum: A Serious House on Serious Earth qrafik romanlarından təsirlənmişdir. Onun fiziki xüsusiyyətinə Qlazqo gülüşünü əhatə edən kloun makiyajı aiddir. Anarxiya və xaos fəlsəfi ideyalarını rezümə edən bu canlandırma, Ledcerin Terri Gilliamın "Qrim qardaşları" fantastik filmindəki kloun səhnəsi də daxil olmaqla, əvvəlki rolları ifa texnikasını da ehtiva edir. Bundan başqa o, Frensis Bekonun rəsm əsərlərinə, Entoni Bercessin "Qurulan portağal" romanına və müxtəlif pank-rok ifaçılarına istinad edir. Müasir dövrün ən ikonik performanslarından biri kimi qəbul edilən Coker, Ledcerin ən yaxşı işlərindən biri hesab edilir; aktyor özü bu rolu ən xoş rolu hesab edirdi. 2008-ci ilin iyulunda filmin çıxarılmasından altı ay sonra Hit Ledcer doza həddinin aşılmasından (sui-qəsd hesab edilir) vəfat etmişdir. Onun bu performansı sensasiya kimi qəbul edilmiş, tənqidçilər tərəfindən çox müsbət qarşılanmış, Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı da daxil olmaqla, aktyora ölümündən sonra bir çox mükafatlar qazandırmışdır. == Film == === Qara cəngavər === Coker 2008-ci ildə çıxarılmış “Qara cəngavər” adlı superqəhrəman filminin personajlarından biridir.
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Qara cəngavər peyki
Qara cəngavər peyki (ing. Black Knight satellite) – sui-qəsd nəzəriyyəçiləri tərəfindən Yer kürəsi ətrafında 13.000 ildir ki, döndüyü iddia edilən, haradan gəldiyi məlum olmayan cisim. Qara cəngavər ilə əlaqələndirilən ilk şəxs Nikola Tesladır. 1899-cu ildə Tesla bir konfransda daim təkrarlanan radio siqnalları aldığını və kosmosdan gəldiyini bildirmişdir. 1928-ci illərdə həvəskar bir qrup da eyni siqnalları qeydə almışdır. Daha sonra 1928-ci ildə Oslodan kosmosa qısa radio dalğaları göndərən alimlər də cavab siqnalları almağa başladılar. Nəhayət, 1954-cü ildə bəzi qəzetlər ("St. Louis Post Dispatch" və "San Fransisco Examiner") ABŞ Hərbi Hava Qüvvələrinin bir xəbərini yayımladıqdan sonra vəziyyət məlum oldu. Xəbərdə Yerin ətrafında iki peykin fırlandığı deyilirdi. 1960-cı ildə həm ABŞ-nin, həm SSRİ-nin orbitdə peykləri vardı.
Transformers: Son Cəngavər
Transformerlər: Sonuncu cəngavər – rejissoru Maykl Bey olan, ssenarisi isə Art Merkum, Mett Hollouey və Ken Nolanın tərəfindən yazılan 2017-ci il Amerika-İngilis istehsalı elmi fantastika filmi. Bu film Transformers seryasının beşinci filmidir və baş rollarda Mark Uohlberq ilə Antoni Hopkinz oynamışdır. Son Cəngavər, Transformers seryasının mahiyyətindəki əfsanələri paramparça edir və qəhrəman olmağın mənasını yeninden tanımlayır. İnsanlar və Transformerlər döyüşdə, Optimus Praymla görüşə gedir. Gələcəyimizi xilas etməyin açarı keçmişin sirlərində və Transformerlərin dünyadakı gizli keçmişində gizlənib. Dünyamızı qurtarmaq Cade Yeager (Mark Wahlberg), Bumblebee, bir İngilis lordu (Sör Anthony Hopkins) və bir Oxford professorundan (Laura Haddock) yaranan gözlənilməz bir ittifaqa həvalə edilir. Hər kəsin öz hayatında fərq yaratmağı istənilən bir an gəlir. Transformers 5: Son Cəngavərdə ovlananlar qəhrəman olacaqlar. Qəhrəmanlar pislər olacaqlar. Yalnız bir dünya ayağda qalacaq: ya onlarınki ya da bizimki… Mark Wahlberg rolu Cade Yeager.
Zena: Cəngavər Şahzadəsi
Zena: Cəngavər Şahzadəsi (ing. Xena: Warrior Princess) — 1995-2001-ci illərdə istehsal olunmuş Bədii Televiziya Teleserialıdır. İlk dəfə Azərbaycan efirində Azərbaycan Televiziyasında göstərilmişdir. Keçmişdə Zena qəddar qatil idi. Onun ordusu yollarına düşən hər şeyi məhv etmişdir. Ordusuna xidmət edən adamlar kəndliləri qarət edir və ya öldürürdü. Amma bu artıq keçmişdə qalmışdır. İndi Zena şərin tərəfindən dönüb xeyirin tərəfinə keçmişdir. Zena zəif insanların tərəfini saxlayır və onlara pis tərəflərlə mübarizə etməkdə kömək edir...
Yaşıl cəngavər (film)
Transformerlər: Sonuncu cəngavər

Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.
Qara cəngavər (film, 2008)
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Qara cəngavər (film musiqisi)
“The Dark Knight: Original Motion Picture Soundtrack” Kristofer Nolanın 2005-ci ildə çıxarılmış “Betmen:Başlanğıc” filminin sikveli olan 2008-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Film musiqisi 15 iyul 2008-ci ildə üç fərqli nəşrdə təqdim edilmişdir: CD, limitli CD dijipak və dijital yükləmə. 2CD-li Xüsusi buraxılış 9 dekabr 2008-ci ildə DVD ilə bir yerdə çıxarılmışdır. 180-gramvinil LP verisyası 12 avqust 2008-ci ildə çıxarılmışdır. Film musiqisi “Betmen:Başlanğıc” filminin musiqisini yazmış Hans Zimmer və Ceyms Nyuton Hovard tərəfindən bəstələnmiş və 2008-ci ilin aprelində lentə alınmışdır. Zimmer qeyd edir ki, Betmen mövzusu “Betmen:Başlanğıc” filminin sonunda təqdim edilir və sonradan personajın inkişafı ilə mövzu da inkişaf etdirilir. Zimmer və Hovard belə hesab edirdilər ki, sırf qəhrəman mövzusunun yaradılması personajın mürəkkəbliyi və qaranlıqlığın rədd edə bilər. Zimmer Betmen mövzusunu (iki dəfə filmin əvvəlində, bir dəfə sona yaxın, bir dəfə isə bağlanış titrləri zamanı səsləndirilir) “qırmızı siyənək” adlandırır və violonçel ilə ifa edilən musiqi öncədən işarə edilmə kimi təqdim edir. Doqquz dəqiqəlik Coker süitası ("Why So Serious") elektrik violonçel, solo skripka, gitara və simli bölmə ilə ifa edilən iki not ətrafında qurulmuşdur. Zimmer onun stilini özünün də mənşəcə bağlı olduğu Almaniyanın “Kraftwerk” qrupunun və “The Damned” kimi qupların musiqi stili ilə müqayisə edir.
Zena: Cəngavər Şahzadəsi (teleserial)
Zena: Cəngavər Şahzadəsi (ing. Xena: Warrior Princess) — 1995-2001-ci illərdə istehsal olunmuş Bədii Televiziya Teleserialıdır. İlk dəfə Azərbaycan efirində Azərbaycan Televiziyasında göstərilmişdir. Keçmişdə Zena qəddar qatil idi. Onun ordusu yollarına düşən hər şeyi məhv etmişdir. Ordusuna xidmət edən adamlar kəndliləri qarət edir və ya öldürürdü. Amma bu artıq keçmişdə qalmışdır. İndi Zena şərin tərəfindən dönüb xeyirin tərəfinə keçmişdir. Zena zəif insanların tərəfini saxlayır və onlara pis tərəflərlə mübarizə etməkdə kömək edir...
Ağ maddə
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya. 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır. Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur. == Tarixi == === Sələfi === Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ağ mələk
Ağ mələk — Serb və pravoslav sənətinin şah əsərlərindən biri olan Serb Pravoslav Mileşev Monastırının Yüksəliş Kilsəsi freskası. Ağ mələk təsviri 13-cü əsrə aiddir və Paleologian İntibah dövrünə aiddir. 20-ci əsrdə bərpa işləri zamanı çıxarılan bu təsvirin üzərinə XVI əsrdə yeni təsvir çəkilmişdir. Freska kilsənin cənub tərəfində yerləşir. Ağ tunika geyinmiş bir mələk daşın üstündə oturur və əli ilə Məsihin boş məzarı başında qadınlara işarə edir.
Ağ quyruqsallayan
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü. == Təsviri == Ağ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir. == Qidalanması == Qidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir.
Ağ saksaul
Ağ saksaul (lat. Haloxylon persicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Botaniki xüsusiyyətləri == 1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3 m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar (bir koldan 1 kq-a qədər yem).